Piyada keçidindən istifadə etməyən daha bir qadın öldü- - Fotolar

piyada-kecidinden-istifade-etmeyen-daha-bir-qadin-oldu-
Oxunma sayı: 3657


“Qafqazinfo”nun APA –ya istinadən məlumatına görə,  "Koroğlu" metro stansiyasının yaxınlığında "Mitsibushi Pajero" markalı "90 NJ 808" dövlət nömrə nişanlı  avtomobilin sürücüsü Novruzov Vahid Vaqif oğlu 1950-ci il təvəllüdlü Həsənova Tamara Aleksandr qızını vurub. Hadisə şahidlərinin verdiyi məlumata görə,  yaxınlıqdakı metro keçidindən  istifadə etməyən  piyada yolu keçmək istəyərkən vurulub.  Qəza nəticəsində piyada hadisə yerindəcə ölüb. Onun meyiti ekspertiza olunmaq üzrə 1 saylı şəhər Klinik Xəstəxanasına aparılıb.

Hadisə yerində araşdırma aparan Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kənan Rzayev  bildirib ki, keçiriləcək avtotexniki ekspertizadan sonra qəzanın günahkarı müəyyən olunacaq. Hadisə ilə bağlı araşdırma aparılır.