Piyada qəzada öldü

Piyada qəzada öldü
Oxunma sayı: 635

Suraxanı rayonununda yol qəzası baş verib.

“Qafqazinfo” Daxili İşlər Nazirliyi saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 13-də saat 10 radələrində Bülbülə qəsəbəsində baş verib. Bakı şəhər sakini Əli Vəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Natiq Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi