Piyadanı “Niva” vurdu, “Qazel” də üstündən keçdi

piyadani-niva-vurdu-qazel-de-ustunden-kecdi
Oxunma sayı: 2051

Xaçmaz-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Çaxçaxlı kəndində qeydə alınıb.

Ədalət adlı piyadanı “Niva” markalı avtomobil vurub, arxadan gələn “Qazel” markalı avtomobil də sürətlə hərəkət etdiyindən onun üstündən keçib.

Vurulan piyadanın Xaçmaz morquna yerləşdirildiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov