Piyadanı vuran maşın yoldan çıxaraq gölə düşüb

piyadani-vuran-masin-yoldan-cixaraq-gole-dusub
Oxunma sayı: 1540

Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır kəllə-beyin travması alıb, avtomobildə olan sərnişin isə xəsarət alıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin qərb girişində qeydə alınıb. Şirvan sakini, 1993-cü il təvəllüdlü Elvin İsgəndərovun idarə etdiyi “Mercedes” markalı, 10 RU 830 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Alxanov Fikrət Əflan oğlunu vurub. Bundan sonra avtomobil yoldan çıxararaq gölə düşüb.

 

Piyada və avtomobildə olan sərnişin, sürücünün qardaşı-1989-cu il təvəllüdlü Sakit İsgəndərov xəsarət alaraq Şirvan Mərkəzi şəhər xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.