Piyadanı vuran qadın sürücü saxlanılıb

piyadani-vuran-qadin-surucu-saxlanilib
Oxunma sayı: 1958

Bakıda yol qəzası törədən şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, hadisə mayın 27-də Binəqədi rayonunda baş verib. Piyada G.Əliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Əzizova saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.