Piyadanı vurub öldürdü

piyadani-vurub-oldurdu
Oxunma sayı: 636

Dekabrın 25-i saat 09:00 radələrində A. Şərifzadə küçəsində Mətləb Osmanov idarə etdiyi «VAZ-21015» markalı avtomaşınla Firəngiz Hacıməmmədzadəni vurub, piyadaçı hadisə yerində ölüb.


Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elçin Şirinov tutulub.


Dekabrın 24-nə keçən gecə S.Vəzirov küçəsində yaşayan Ədalət Əliyevə məxsus «VAZ-21011» markalı avtomaşın evinin qarşısında qaçırılıb və saat 06:00 radələrində K. Kərimov küçəsində aşkar edilib. Xətai RPİ Cinayət-Axtarış Şöbəsi və 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakinləri – Rüstəm Rüstəmov və Ülvi Məmmədov dekabrın 25-də yaxalanıb.