Piyadanı vurub öldürən sürücü qaçdı

piyadani-vurub-olduren-surucu-qacdi
Oxunma sayı: 1384

Şəmkirdə piyadanı vurub öldürən naməlum avtomobil hadisə yerindən qaçıb.

“Qafqazinfo”nun “Trend”ə istinadən məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 394-cü kilometrliyində, Şəmkir rayonunun Muxtariyyət kəndindən keçən hissəsində baş verib.

Həmin ərazidə yolu keçən Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü Səfərov Zahir İbrahim oğlunu naməlum avtomobil vuraraq qaçıb.

Z.Səfərov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.