Piyadanı vurub öz maşını ilə xəstəxanaya apardı

piyadani-vurub-oz-masini-ile-xestexanaya-apardi
Oxunma sayı: 964

Beyləqan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə,  hadisə mayın 15-də saat 18 radələrində Örənqala qəsəbəsi ərazisində qeydə alınıb.

Ağdam rayon sakini, 1980-cı il təvəllüdlü Mahir Rüstəmov idarə etdiyi "Mitsubishi Pajero" markalı 90 KA 793 nömrəli maşınla yolun hərəkət hissəsinə çıxan piyada, 1977-ci il təvəllüdlü Elnur Nağıyevi vurub. Hadisədən dərhal sonra M.Rüstəmov piyadanı öz maşını ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırıb, orada E. Nağıyevə ilkin yardım göstərilib. Daha sonra müalicəsini davam etdirmək üçün Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Mərkəzinə göndərilib. İstintaq aparılır.