Piyadanı vurub qaçan saxlanıldı

piyadani-vurub-qacan-saxlanildi
Oxunma sayı: 645

Aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, Mərdəkanda müəyyən edilməmiş avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini R.Əzizov vurulub.

Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.