Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
Oxunma sayı: 497

Salyan rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, yanvarın 5-də saat 21 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən hissəsində naməlum avtomobillə 1982-ci il təvəllüdlü Rəşad Xanəliyev vurulub, sürücü isə hadisə yerindən qaçıb. Nəticədə R.Xanəliyev aldığı xəsarətlərdən vəfat edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. 

Yol nəqliyyat hadisəsinin “VAZ-2107” markalı, 90 VK 615 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliyev Elxan Nəriman oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 
Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi