Piyadanı vurub qaçdı

piyadani-vurub-qacdi
Oxunma sayı: 986

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, iyulun 22-nə keçən gecə 45-50 yaşlı kişinin ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilib, həkimlərin səyinə baxmayaraq onun Həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu, Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

Hadisənin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.