Piyadanı vurub qaçdı

piyadani-vurub-qacdi
Oxunma sayı: 642

Anspress xəbər verir ki, Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Alı Mustafayev küçəsindən 3-cü mikrorayon dairəsi istiqamətində yol ötürücüsünün üzərində şəxsiyyəti hələlik məlum olmayan təxminən 30-35 yaşlarında qadın naməlum avtomaşının tərəfindən vurulub. Piyadanı vuran sürücü hadisədən sonra idarə etdiyi avtomaşınla birlikdə qəza baş verən ərazidən qaçıb. Qəzada ağır bədən xəsarətləri alan piyada təcili tibbi yardım maşını ilə bir saylı şəhər klinik xəstəxanasın çatdırılıb.
Xəstəxanadan verilən ən son məlumata görə isə göstərilən bütün tibbi yardımlara baxmayaraq, piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Hazırda Nəsimi polisi qəza zamanı dünyasını dəyişən piyadanın şəxsiyyətinin dəqiqləşdirilməsi və hadisə yerindən yayınan sürücünün tapılması üzrə əməliyyat-axtarış tədbirlərini davam etdirir.