“PKK bizi narahat edir”

pkk-bizi-narahat-edir
Oxunma sayı: 641

Trend-in məlumatına görə, bunu cümə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Bakıda səfərdə olan Türkiyənin dini işlər naziri Mehmet Görməzlə görüşü zamanı deyib. Orucov qeyd edib ki, Azərbaycan Türkiyədəki dini qurumların fəaliyyətini özünə nümunə kimi götürür.

Türkiyə SQ avqust-sentyabr aylarında PKK-nın bazalarının məhv edilməsi məqsədilə İraqın şimalına onlarla aviazərbə endirib ki, nəticədə 300-dən artıq yaraqlı öldürülüb. Türkiyə ordusunun Baş qərargahı İraqın şimalında separatçıların fəaliyyətinin diqqətlə izlənməsini davam etdirəcək və yeni hədəflərin aşkar ediləcəyi halda hava əməliyyatları keçirəcək.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.