PKK dini kanal yaratdı

pkk-dini-kanal-yaratdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kanalın loqosu Zərdüştlüyün simvolu sayılan günəş və oddan ibarətdir. Kanalda daha çox Yezidilik və Zərdüştlükdən bəhs olunur.

“Çıra Tv”nin bütün verilişləri kürd dilində aparılır. Kanalda həmçinin yezidiliyin kürdlərin milli dini olduğu təbliğatı aparılır. “Çıra Tv” islamçılıq və islama aid dəyərləri tənqid edir, yezidilik və zərdüştlüyü isə tərfiləyir.
Kanal eyni zamanda, Ermənistan, Rusiya və Avropada yaşayan yezidi kürdlərin problemləri ilə bağlı da verilişlər yayımlayacaq.