PKK Sincarı tərk edib

pkk-sincari-terk-edib
Oxunma sayı: 2024

PKK terror təşkilatı İraqın şimal-qərbindəki Sincar məntəqəsini tərk edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, şimali İraqın “Rudaw” telekanalında PKK-nın Sincarı boşaltdığı barədə məlumat verilib. PKK-nın yayım orqanı da bunu təsdiqləyib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın Sincarda möhkəmlənməsinə imkan verməyəcəklərini və lazım olarsa, İraq hökuməti ilə birlikdə və ya müstəqil şəkildə orada hərbi əməliyyat keçirəcəklərini bəyan etmişdi.