PKK tərəfdarları Avropa Şurasına hücum etdi - Fotolar

pkk-terefdarlari-avropa-surasina-hucum-etdi
Oxunma sayı: 1353

Fransanın Strasburq şəhərində aksiya keçirən PKK terror təşkilatı tərəfdarları Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsinə hücum ediblər.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, Almaniya, İsveçrə və digər qonşu ölkələrdən gələn və əllərində terrorçuların lideri Abdullah Öcalanın şəkillərini tutan PKK dəstəkçiləri polislərə daş və müxtəlif bərk cisimlər atıblar.

Zorla binalara daxil olmaq istəyən aksiyaçıların qarşısını polislər alıblar. Gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilədən sonra 14 nəfər saxlanılıb.

Çaxnaşma zamanı 7 polis əməkdaşı da yaralanıb.