PKK tərəfdarları azərbaycanlı tələbəni döydü - Kütləvi dava

pkk-terefdarlari-azerbaycanli-telebeni-doydu-kutlevi-dava
Oxunma sayı: 649

APA-nın məlumatına görə, hadisəyə milli zəmində baş verib. PKK terror təşkilatının tərəfdarı olan bir qrup tələbə “Kürdüstanda türklərə və faşizmə yer yox, Kürdüstandan türkləri və faşizmi qovacağıq”’ şüarı ilə “Türk Dünyası” təşkilatının üzvü olan tələbələrin üzərinə hücum edib. Daha sonra hücum edənlərə dəstək olaraq əllərində dəmir və taxta parçaları ilə silahlanmış şəxslər qoşulub. Onlar da eyni şüarlar səsləndirərək, türk tələbələri döyərək, onlara ciddi xəsarətlər yetiriblər. Az sayda olan türk tələbələrdən 13 nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanların arasında Musa Əliyev adlı azərbaycanlı tələbə də var. Yaralılardan bəzilərinin də adı açıqlanıb. Bunlar ahıskalı Abuzər Süliyev, Qurban Şabanov, qazaxıstanlı Dastan Taşbayev, qırğızıstanlı Fikrət Teyfirov və krımlı İbrahim Alliçinovdur.

Bundan başqa daha 8 tələbə müxtəlif dərəcəli xəsarət alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları təhqiqat aparır.