PKK-ya 1 ayda ağır zərbə - 152 terrorçu öldürüldü

PKK-ya 1 ayda ağır zərbə
Oxunma sayı: 426

Türkiyə ordusu oktyabrda keçirilən əməliyyatlarda PKK terror təşkilatına ağır zərbə vurub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ay keçirilən əməliyyatlarda PKK-nın 152 terrorçusu zərərsizləşdirilib, 129 sığınacağı məhv edilib.

Əməliyyatlar zamanı 14 əsgər şəhid olub, 38 polis və 3 sivil vətəndaş isə yaralanıb.

Bundan başqa, terrorçuluqda şübhəli bilinərək saxlanılan 338 nəfərdən 183-ü həbs edilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi