PKK-ya növbəti zərbə 6 terrorçu öldürüldü

pkk-ya-novbeti-zerbe-6-terrorcu-olduruldu
Oxunma sayı: 896

Türkiyə Silahlı Qüvvələri (TSQ) Şəmdinli rayonunun Kani Raş bölgəsində PKK terrorçularına qarşı əməliyyatları davam etdirir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava qüvvələrinin dəstəyi ilə baş tutan əməliyyatda terrorçuların sığınacağı məhv edilib.

Atışma zamanı 6 terrorçu öldürülüb, 5-i isə təslim olub.

Terrorçuların sığınacağından müxtəlif silahlar və texnikalar ələ keçirilib.