“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ələ keçirilən ayin şəkilləri vasitəsilə PKK üzvlərinin oda sitayiş etdikləri ortaya çıxıb. Şəkillərdə terrorçuların Öcalanın bayrağı altında oda səcdə edib, simvolik krala sitayiş etdikləri əks olunub.
Dini arqumentlərdən istifadə edərək insanların dinə olan həssaslığından istifadə edən PKK, təşkilata üzv olan gəncləri böyüdükləri sosial-mədəni mühitdən və dini inanclarından uzaqlaşdırmağa çalışaraq, ilk növbədə teatr və qısa pyeslərlə onların “beynini yumağa” çalışırlar.
Hazırlanan pyeslər isə əsasən mağaralarda oynanılır. Mağarada qurulan səhnədə isə simvolik kral olur. Pyeslər zamanı istifadə olunan geyimlər və fiqurların zərdüştlük dövrünə aid olduğu deyilir.
Təşkilatdan qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan iki terrorçu verdikləri ifadələrində də PKK-nın islama nifrət etdiyini və kürdlərin dininin zərdüştlük olduğunu deyib.
Səidə