Plastik əməliyyat olunan 3 çinli qadın ölkəsinə buraxılmadı

plastik-emeliyyat-olunan-3-cinli-qadin-olkesine-buraxilmadi
Oxunma sayı: 3169

Çin vətəndaşı olan 3 qadın plastik əməliyyat ucbatından problemlə üzləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyada əməliyyat olunan qadınlar vətənlərinə dönərkən sərhəddə saxlanılıblar. Gömrük əməkdaşları üzləri çox şişkin və sarğılı olduğu üçün qadınların pasportdakı şəkillərinə bənzəmədiklərini bildiriblər. Qadınlar nə qədər çalışsalar da, sərhəd nəzarətçilərini sənədlərin onlara aid olduğuna inandıra bilməyiblər. Onların nə vaxt ölkələrinə buraxılacaqları isə hələ sual altındadır.

Aysel Kərimova