Plastik əməliyyatlar 54 yaşlı aktrisanı gülməyə qoymadı - Fotolar

plastik-emeliyyatlar-54-yasli-aktrisani-gulmeye-qoymadi
Oxunma sayı: 4643

54 yaşlı Hollivud ulduzu Sandra Ballok baş rolda çəkildiyi “Bird Box” filminin Nyu-York qalasına qatılıb.

“Qafqazinfo”xarici mediaya istinadən xəbər verir ki, qırmızı dekoltəli libas, qırmızı ayaqqabı geyinən aktrisa dodaq boyasında da qırmızıya üstünlük verib. Yeni plastik əməliyyatlar etdirən Sandra üzünün həddindən çox dartılması səbəbindən kameralara gülə bilməyib.

Bu isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.