Pley-offa ilk vəsiqə “ev sahibləri”nin oldu

pley-offa-ilk-vesiqe-ev-sahiblerinin-oldu
Oxunma sayı: 656

“Qafqazinfo”nun verdiyi xəbərə görə, pley-off mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib. Turnirə ev sahibliyi edən Ekvatorial Qvineya yığması ardıcıl ikinci qələbəsini qazanaraq bunu bacarıb. Seneqal isə bu oyunda məğlub olaraq növbəti mərhələ şanslarını itirib. Hazırda A qrupuna Ekvatorial Qvineya başçılıq edir. İkinci pillədə 4 xala malik Zambiya qərarlaşıb. Zambiyalılara qrupdan çıxmaq üçün son turda 1 xal da kifayət edir.

A qrupu
Liviya – Zambiya – 2:2
Qollar: Saad, 5, 48 – Mayuka, 29, Katonqo, 58

Ekvatorial Qvineya – Seneqal – 2:1
Qollar: Rendi, 62, Kili, 90+4 – Sou, 90

Ekvatorial Qvineya – 6, Zambiya – 4, Liviya – 1, Seneqal - 0

Ceyhun Əhmədov