Poçt işçilərinin bayramıdır

poct-iscilerinin-bayramidir-
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda da poçt işçilərinin peşə bayramlarının keçirilməsinə hazırlıq üzrə işlər aparılır. Belə ki, Azərbaycanın milli poçt operatoru – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC bu əlamətdar gün münasibətilə tədbirlər planı hazırlayıb.
Respublikanın bütün poçt şöbələrində abadlıq, səliqə-sahman və təmizlik məqsədilə işlər görülür.

Bayramla əlaqədar ÜPİ-yə üzv ölkələrə, eləcə də təşkilat rəhbərliyinə təbrik açıqcaları göndərilib. Təbrik teleqramları Azərbaycanın veteran poçt işçilərinə də göndəriləcək. Bayram ərəfəsində Siyəzən, Göyçay və Sabirabad rayonlarında bütün lazımi müasir avadanlıqla təchiz edilmiş poçt şöbələrinin yeni binalarının açılışı olacaq.
Respublikanın bütün poçt şöbələrində bayram tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərpoçt MMC-nin inzibati binasında əl işləri sərgisi təşkil olunacaq. Bayram tədbirlərinə həmçinin işlərində fərqlənən poçt əməkdaşlarının fərmanlarla təltif edilməsi və mükafatlandırılması daxildir.

Nigar Məmmədli