Poçt şöbəsində oğurluq

poct-sobesinde-ogurluq
Oxunma sayı: 1215

Biləsuvar rayonunun 1 nömrəli poçt şöbəsində oğurluq hadisəsi olub.

Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Bəhruz Muradov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, keçirilən təxirəsalınmaz əməliyyat-axtarışları nəticəsində hadisəni törətmiş şəhər sakini Sərvərli Sərvər Mübariz oğlu yaxalanıb. O, poçt şöbəsinin seyfini, bir ədəd çap aparatını, vətəndaşlara gələn kiçik bağlamaları oğurlayıb. Dəymiş zərər müvafiq akt tərtib edildikdən sonra dəqiq açıqlanacaq.  

Hazırda faktla bağlı istintaq aparılır.