Pokerdə 1 milyon udan oğlanın məşhur şəriki - - Fotolar

pokerde-1-milyon-udan-oglanin-meshur-seriki-
Oxunma sayı: 7400


“Qafqazinfo”nun məlumatına görə, İlkin Qəribli Azərbaycanın bank biznesinə çoxdan ehtiyac duyulan yeni xidmətin təsisçilərin biridir.

O, 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və Azərbaycanın tarixində ilk borc agentliyi olan Baku Collecting Agency (BOA) MMC-ni yaradıb, lakin “Unibank”ın əsas təsisçisi Eldar Qəriblinin oğlu ilə bağlı xəbərin digər maraqlı tərəfi onun ortağı ilə əlaqəlidir. Belə ki, ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti olan BOA agentliyinin həmtəsisçisi Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir. 

Qeyd edək ki, 2012-ci ildə fəaliyyətə başlayan BOA kollektor agentliyinin əsas müştəriləri banklar və satışı kreditlə aparan hüquqi və fiziki şəxslərdir.

Xatırladaq ki, professor, Fransa hökuməti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmiş Rauf Hacıyevin digər oğlu da biznesmendir. O, Bakının məşhur restoranlarından birinin sahibidir.