Pol Poqba dilinin bəlasına düşdü

pol-poqba-dilinin-belasina-dusdu
Oxunma sayı: 2296

“Mançester Yunayted”ın baş məşqçisi Joze Mourinyo komandanın ulduzu Pol Poqba ilə bağlı sərt qərar verib.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı mütəxəssis fransalı futbolçunun transferə çıxarılmasını rəhbərlikdən istəyib. Bundan əlavə, futbolçularla toplantı edən 55 yaşlı çalışdırıcı Poqbanın bir daha “qırmızı şeytanlar”ın heyətində kapitan olmayacağını bildirib. Əgər sərfəli təkliflər gəlsə, 25 yaşlı yarımmüdafiəçi qışda “Mançester Yunayted”dən ayrılacaq.
 
Qeyd edək ki, Poqba Premyer Liqanın 6-cı turunda “Vulverhempton”la 1-1 hesablı heç-heçə etdikləri matçdan sonra Joze Mourinyonun oyun sistemini tənqid etmişdi.