Polad Bülbüloğlu mübarizəni dayandırdı

polad-bulbuloglu-mubarizeni-dayandirdi
Oxunma sayı: 6900

YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, namizədlərin heç biri səs çoxluğu qazana bilməyib.

YUNESKO-nun yeni rəhbəri postuna 6 ölkənin nümayəndəsi namizəddir. Belə ki, Vyetnamın YUNESKO üzrə Milli Komissiyasının rəhbəri Suan Şon Fam, Misirin ailə və məişət məsələləri üzrə keçmiş naziri Muşir Həttab, Qətərdən olan diplomat Həmad bin Əbdüləziz Əl-Kavari, YUNESKO-nun Çin üzrə təmsilçisi Tsyan Tan, Livanın mədəniyyət nazirinin müşaviri Vera Əl-Huri Lakey və Fransanın keçmiş mədəniyyət naziri Odri Azule bu post uğrunda mübarizə aparır.

Qeyd olunur ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb. 

P. Bülbüloğlu ilə birlikdə Qvatemala (Xuan Alfonso Fuentes soria) və İraqdan (Saleh Əl Hasnavi) olan namizədlər də geri çəkiliblər.  

Səsvermənin növbəti turu sabah keçiriləcək. Yeni liderin adı oktyabrın 13-də açıqlanacaq.