Polanski ilə Kosbi “Oskar”dan qovuldular

polanski-ile-kosbi-oskardan-qovuldular
Oxunma sayı: 1419

Hollivud ulduzu Bill Kosbi ilə rejissor Roman Polanski “Oskar” Amerika Kino Akademiyasından qovulublar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb adlarının cinsi təcavüzdə hallanmasıdır. Bill Kosbi ötən ay bu cinayətdən cəzalandırılıb. Polanski isə 1977-ci ildə 13 yaşlı qızla münasibətdə olduğu üçün günahlandırılır. Akademiyanın açıqlamasında qərarın üzvlərin birgə keçirdiyi səsverməsindən sonra verildiyi bildirilib. 

Qeyd edək ki, Roman Polanski “Pianoçu” filmi ilə 2003-cü ildə “Ən yaxşı rejissor” nominasiyası üzrə “Oskar” alıb. Akademiyanın 91 illik tarixində yalnız 4 nəfər üzvlükdən çıxarılıb.  

Nuranə