Polietilen torbalar əvəzlənəcək

polietilen-torbalar-evezlenecek
Oxunma sayı: 2922

“10-15 dəqiqə istifadə etdiyimiz polietilen torbaların torpaqda tamam yox olması üçün yüz illər lazım gəlir. Odur ki, hər birimiz polietilen torbaların, plastik qabların alternativlərindən-şüşə qablardan, parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-in əməkdaşı Türkən Kərimzadə bildirib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan və ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” qarşıya qoyulmuş məqsədə çatmaq üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətini nəzərdə tutur. Bu məqsədlə ilk növbədə həyata keçiriləcək əsas tədbirlərdən biri polietilen torbaların alternativi olan kağız, parça və çox istifadə olunan qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsidir. Bunun üçün polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur.