Polina Alekseylə sevgili deyilmiş - Onunla görüşür

polina-alekseyle-sevgili-deyilmis
Oxunma sayı: 2981

Rusiyanın TNT kanalında yayımlanan “Qızlar” serialının baş rol ifaçısı, məşhur aktrisa Polina Maksimovna şəxsi həyatı ilə gündəmə gəlib. 

"Qafqazinfo"nun məlumatına görə, uzun müddət aktrisanın adı müğənni Aleksey Vorobyovla hallansa da, onların sevgili olması şayiələri öz əksini tapmayıb.

Məlum olub ki, Polina son iki aydır ki, Artyom Çuqunovla eşq yaşayır. Aktrisanın 28 yaşlı yeni sevgilisi TNT- də tanıtım üzrə prodüser vəzifəsində işləyir.

Serial ulduzunun ətrafı Rusiya KİV-lərinə deyir ki, Artyom Polinanın kirayə qaldığı evdə tez-tez görünür. 

Polina şəxsi həyatını mediadan gizlətsə də, Artyom sosial şəbəkədə aktrisanın şəkilinin altına "Bu sevgidir" sözlərini yazıb.