Polis 60 kq partlayıcı maddə ələ keçirdi

polis-60-kq-partlayici-madde-ele-kecirdi
Oxunma sayı: 658

Xorvatiya təhlükəsizlik qüvvələrinin əməkdaşları gizli olaraq ölkəyə 60 kq partlayıcı maddə keçirmək istəyən xarici vətəndaşı saxlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Məlumata əsasən, Bosniya və Herseqovina vətəndaşını sərhəddə qayıqla 60 kq partlayıcı maddə keçirməyə cəhd edərkən saxlanılıb. Sözügedən maddələr 300 dənə 200 qramlıq partlayıcı maddə formasında qayıqda gizlədilib.

Faktla bağlı araşdırma aparılır.