Polis Akademiyasında partlayış - 10 ölü, 87 yaralı + Fotolar + Yenilənib

polis-akademiyasinda-partlayis
Oxunma sayı: 3770

Kolumbiyanın paytaxtı Boqotada kadet məktəbində partlayış olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 8 nəfər ölüb, 10 nəfər yaralanıb. Hadisə yerində işləyən polis minalanmış avtomobilin partladıldığını təsbit edib.

İnsident terror aktı adlandırılıb.

***

“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, General Santander Polis Akademiyasının qarşısında törədilən partlayışda ölənlərin sayı 10-a, yaralananların sayı isə 87-yə çatıb.

Kolumbiya baş prokuroru Nestor Humberto Martinez hücumun Xose Aldemar Royas Rodriges tərəfindən həyata keçirildiyini açıqlayıb. Məlumata görə, partlayışda 80 kq partlayacı maddə istifadə edilib.

***

Son məlumata əsasən, ölənlərin sayı 11-ə çatıb.