Polis avtomobili yük maşını ilə toqquşdu - 5 ölü

polis-avtomobili-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 1352

Meksikada ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, içərisində 4 nəfər polis əməkdaşının olduğu avtomobil yük maşını ilə toqquşub.

Nəticədə polislərin hamısı, 1 nəfər isə sıravi vətəndaş dünyasını dəyişib. Yük maşınının sürücüsü hadisə yerindən qaçıb.