“Polis azarkeşlərimizi sərbəst buraxacaq” - “Qarabağ”ın baş direktoru

polis-azarkeslerimizi-serbest-buraxacaq
Oxunma sayı: 1615

“Qarabağ”ın Topaz Premyer Liqasının XII turunda “Sumqayıt”la ev oyununun ilk hissəsində polis bölməsinə aparılan iki fanatı sərbəst buraxılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sport24.az-a klubun baş direktoru Əmrah Çəlikəl məlumat verib.

O, bununla bağlı məlumat aldıqlarını və lazımi addım atdıqlarını deyib:

“Futbolda belə olaylar yaşanır. Komandaların tribunalarda olan azarkeşləri arasında qarşıdurmalar olur. Polis də belə olan halda, məsələyə müdaxilə etməli olur. Biz artıq lazımı addımları atdıq. Həmin fanatarımız Sabunçu rayonu polis şöbəsinə aparılıb. Ancaq bizə verilən məlumata görə, onlar matçdan dərhal sonra sərbəst buraxılacaqlar”.

Xatırladaq ki, saxlanılanlardan biri  “Boys Qarabağ” fan-klubunun üzvü Azad Məmmədov, digəri isə “Ordu” fan-klubunun rəhbəri Elvin Süleymanovdur.