Polis Bakı oğrularını tutdu

polis-baki-ogrularini-tutdu-
Oxunma sayı: 651

Noyabrın 16-da 20-ci sahə Y.Bədəlov küçəsində yaşayan Həsən Novruzovun mənzilindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 10 min manat və 100 avro oğurlanmışdır. Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Oqtay Ələsgərov və Şəhriyar Həsənov noyabrın 21-də yaxalanmışlar.

Noyabrın 18-də naməlum şəxs Maştağa qəsəbəsi, Xanlar küçəsində yaşayan Kamran Kərimovun qarın nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Şəhriyar Abbasquliyev noyabrın 21-də yaxalanmışdır.

Noyabrın 18-də naməlum şəxs Maştağa qəsəbəsi, H.Abbasov küçəsində yaşayan Sahib Cəfərquliyevə bıçaqla xəsarət yetirmişdir. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Kamal Hüseynov noyabrın 21-də yaxalanmışdır.

Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Aytəkin Rəcəbova noyabrın 21-də yaxalanmışdır.

Nəsimi RPİ CAŞ və 19-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Məmməd Məmmədov və Elgün Axundov noyabrın 21-də yaxalanmışlar. Məlum olmuşdur ki, onlar avqustun 25-nə keçən gecə A.Məhərrəmov küçəsində yaşayan İlham Qəribova məxsus «VAZ-2107» markalı avtomobildən açarseçmə yolu ilə 250 manat və maqnitafon, oktyabrın 22-nə keçən gecə A.Mustafayev küçəsində yaşayan Ayaz Vəliyevə məxsus VAZ-2107 markalı avtomobildən ehtiyat təkər, oktyabrın 26-na keçən gecə Cavadxan küçəsində yaşayan Hüseyn Nadirova məxsus «VAZ-2107» markalı avtomobildən maqnitafon, elə həmin gecə Ə.İsgəndərov küçəsində yaşayan Fərrux Süleymanova məxsus «VAZ-2107» markalı avtomobildən ehtiyat təkər, oktyabrın 31-nə keçən gecə Hüseynbala Əliyev küçəsində Cavid Yusifova məxsus «VAZ-2107» markalı avtomobildən maqnitafon, noyabrın 5-də 3-cü mikrorayon A.Mustafayev küçəsində yaşayan Qiyas Kərimova məxsus «VAZ-2107» markalı avitomobildən salon güzgüsü, noyabrın 14-nə keçən gecə isə H.B.Əliyev küçəsində yaşayan Faiq Vəliyevə məxsus «VAZ-2107» markalı avtomobildən maqnitafon oğurlamışlar.