Polis də əlinə balta aldı

polis-de-eline-balta-aldi
Oxunma sayı: 646

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İmran Bəbirov mübahisə zəminində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Siyavuş Hacıyevə balta ilə xəsarət yetirib. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən İ. Bəbirov saxlanılıb. Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.