Polis dələduzları tutdu

polis-deleduzlari-tutdu
Oxunma sayı: 972

Mayın 26-sı saat 04 radələrində C.Zeynalov küçəsində yaşayan Səxavət Qəribova məxsus evdən açıq qapıdan keçmə yolu ilə 470 manat və mobil telefon oğurlayan Bakı şəhər sakini Şaiq Mustafayev Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

***

Mayın 26-sı saat 13:30 radələrində Bakı Beynəlxalq Avtovağzalın qarşısında Vüqar Əsədov idarə tediyi «Daevo» markalı avtobusla Əkbər Əsədovu vurmuş, sonuncu Travmatologiya İnstitutuna yerləşdirilmiş və orada ölmüşdür.

***

Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Arzu Mehdiyeva tutulmuşdur.

***

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Təvəkkül İmanov tutulmuşdur.

***

Mayın 21-i saat 18 radələrində 3 naməlum şəxs R.Qəmbərov küçəsində yerləşən parkda Xırdalan şəhər sakini Səyyad Şahquliyevin 150 manatını və mobil telefonunu almışlar. Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinənlər Anar Allahverdiyev, Şəbnəm Bayramova və Ramin İbrahimov mayın 26-da tutulmuşlar. Müəyyən olunmuşdur ki, R.İbrahimov mayın 25-i saat 21:30 radələrində A.Nemətulla küçəsində Bakı şəhər sakini Ruslan Həsənovun mobil telefonunu əlindən alaraq qaçmışdır.

***

Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Teylor İbrahimov tutulmuşdur.