Polis əməliyyat keçirdi, sürücü tutuldu

Polis əməliyyat keçirdi, sürücü tutuldu
Oxunma sayı: 1331

Tərtər rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, yanvarın 25-də saat 19 radələrində Zamanov Mahir Novruz oğlunun idarə etdiyi “VAZ 21015” markalı 26-BA-791 dövlət qeydiyyat nişanlı avtomobil Tərtər-Goranboy avtomobil yolunun Tərtər rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində Goranboy rayonunun Yeni Yaşayış massivində yaşayan Tərtər rayonunun Bəyimsarov kənd sakini Rüstəmov Ələsgər İxtiyar oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sürdüyü “YUMZ-6 AKL” markalı 04-K-135 dövlət qeydiyyat nişanlı traktorun qoşqusu ilə toqquşub. Bu qəza, eləcə də M.Zamanovun xəstəxanaya aparılarkən aldığı bədən xəsarətlərindən yolda vəfat etməsi, Ə.Rüstəmovun isə hadisə yerindən qaçması faktına görə Tərtər Rayon Polis Şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib və digər zəruri istintaq, əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlər nəticəsində Ə.Rüstəmov tutularaq iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Ona Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi