Polis hadisəni terror aktı kimi araşdırır

polis-hadiseni-terror-akti-kimi-arasdirir
Oxunma sayı: 883

Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusla insanlarıın üzərindən keçməsi səbəblərinin araşdırılmasında terror aktı versiyası nəzərdən keçirilir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ xüsusi xidmət orqanlarındakı mənbəyə əsasən məlumat yayıb.

Məlumata görə, hadisənin sadə qəza olduğunu düşünməyə heç bir əsas yoxdur.

Xatırladaq ki, aprelin 23-də yerli vaxtla 13.30-da Toronto şəhərində Alek Minassiyan avtomobili səkidəki insanların üzərinə sürüb. Nəticədə 9 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.