Polis idarəsində ölüm

polis-idaresinde-olum
Oxunma sayı: 650

Qafqazinfo Lent.az-a istinadəm xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış 1968-ci il təvəllüdlü Rəhimov İmamyar Ümidvar oğlunun halı qəfil pisləşib. Dərhal polis idarəsinə təcili tibbi yardım maşını çağırılıb. İ.Rəhimov polis nəzarəti altında Kliniki Tibbi Mərkəzə gətirilib və orada ölüb.


Lent.az-ın əldə etdiyi məlumata görə, İ.Rəhimov narkotik aludəçisi olub. Daim yüksək dozalı narkotik vasitə qəbul edən saxlanılmış şəxsin halı pisləşib və huşunu itirib.

Faktla əlaqədar müvafiq ekspertizalar təyin edilib.