Polis iş rejimini gücləndirir

polis-is-rejimini-guclendirir
Oxunma sayı: 635

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov şənbə günü Trend-in sorğusuna cavab olaraq bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı və Dövlət Bayrağı günlərində DİN-in bütün orqan və hissələrinin noyabrın 5-dən 10-a kimi gücləndirlimiş iş rejiminə keçməsi ilə bağlı əmr imzalayıb.

Əmr bayram günlərində əhalinin kütləvi istirahət və digər yerlərdə ictimai qaydanın və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, habelə baş verə biləcək hər hansı qanunsuz hərəkətlərin qarşısının operativ alınması məqsədilə imzalanıb.

Azərbaycanda noyabrın 6-7-də Qurban bayramı, noyabrın 9-da isə Dövlət Bayrağı Günü qeyd ediləcək.