Polis izolyatorunda ara qarışdı - Azı 29 nəfər öldü, 19-u yaralandı

Polis izolyatorunda ara qarışdı
Oxunma sayı: 990

Venesuelanın Akariqua rayonunun polis izolyatorunda azı 29 nəfər ölüb, 19 polis əməkdaşı isə ağır bədən xəsarətləri alıb.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, buna səbəb polis izolyatorunda baş verən qarışıqlıq olub. Məlumata görə, iğtişaşları yatırtmaq üçün əlavə qüvvələr cəlb olunub.

Qeyd edək ki, bunlar Venesuelada ilk dəfə baş vermir. Belə ki, 2018-ci ilin martında Valensiya şəhərindəki polis izolyatorunda azı 68 nəfər həyatını itirmişdi. Bundan əlavə, 2017-ci ilin avqustunda Puerto-Ayakuço şəhərindəki polis izolyatorunda işğtişaşlar yatırılan zaman azı 37 nəfər öldürülmüşdü.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi