“Polis kütləvi hərəkətə imkan verməyəcək” - - General

polis-kutlevi-herekete-imkan-vermeyecek-
Oxunma sayı: 4022


Onun sözlərinə görə, ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün polis əməkdaşları növbə çəkəcəklər. 

“Bakı Olimpiya Stadionundan “Koroğu” metrostansiyası arasında təxmini 1200 metrə qədər məsafə var. Bu məsafəyə yol boyu polis nəzarət edəcək. Əgər sərnişin axını çox olarsa sərnişinlər müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək”, - deyə Səhlab Bağırov bildirib.

Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Bakı-2015 Avropa Oyunlarının açılışına hazırlıq məqsədi ilə 9 mayda Olimpiya Stadionunda 15 min tamaşıçının iştirakı ilə sınaq tədbirinin keçirilməsi nəzərdə tutulur.

Polis həmin tədbirdə də təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün nəzarət tədbirləri keçirəcək.