Polis “Lotu Quli”nin silahdaşı Mahiri tutdu - Şkafda gizlənib

polis-lotu-qulinin-silahdasi-mahiri-tutdu
Oxunma sayı: 11040

Rusiyanın Cinayət Axtarış İdarəsi azərbaycanlı sahibkar Füzuli Qarayevin qatilini isti izlərlə saxlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, aprelin 30-da Lomonosov küçəsində evin qarşısında güllələnərək öldürülən Qarayevin qatili müşahidə kameralarından da aydın görünən Mahir Məmmədovdur. 

“Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun silahdaşı olan M.Məmmədov yaşadığı mənzildə yaxalanıb. 

Şübhəli otaqlardan birindəki şkafda gizlənərkən ələ keçirilib. 46 yaşlı Məmmədov günahını boynuna almayıb.  İstintaq Komitəsindən bildirilib ki, hazırda şübhəli ilə bağlı həbs qətimkan tədbiri seçilməsi üçün tədbirlər görülür. 

Qeyd edək ki, öldürülən Qarayev də Səlifovun adamlarındandır.