Polis maşını avtobusla toqquşdu - Foto

polis-masini-avtobusla-toqqusdu-foto
Oxunma sayı: 658

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər şöbəsinin 90 AL 134 dövlət nömrə nişanlı post-patrul maşını 20 CJ 354 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusla toqquşub.

Nəticədə xəsarət almış polislər - 28 yaşlı Səxavət Nağı oğlu Nəsibov və 24 yaşlı Elşən Məcid oğlu Əsədov xəstəxanaya aparılıb. Mikroavtobusun sürücüsü isə qaza zamanı ərazidən qaçıb.

Hazırda hər iki xəstə müşahidə altındadır.