Polis maşını “KİA”nı vurdu, o isə piyadanı...

polis-masini-kiani-vurdu-o-ise-piyadani
Oxunma sayı: 2207


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə paytaxtda bir neçə gün öncə baş verib.

Nobel prospektində Post Patrul Xidməti Bölməsinin serjantı 1989-cu il təvəllüdlü Rəşad Məmmədov idarə etdiyi Fiat-Doblo markalı avtomobillə Masallı sakini 1990-cı il təvəllüdlü Elşən Ağayev idarə etdiyi Kia Cerato markalı avtomobili arxadan vurub.

İlkin məlumata görə, qəzaya səbəb E.Ağayevin manevr qaydasını pozması olub. Nəticədə E.Ağayevin maşını həmin vaxt səkidə dayanan Astara rayon sakini 1983-cü il təvəllüdlü Cəmil Qədimovu vurub. 

C.Qədimov xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Orxan