Polis məşhur serial ulduzunu güllələdi

polis-meshur-serial-ulduzunu-gulleledi
Oxunma sayı: 5537

Los-Anceles “Təcili yardım” serialının ulduzu Vanesa Markesi yaşadığı evdə güllələyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 49 yaşlı aktrisa bir sıra xəstəlikdən və psixi çatışmazlıqdan əziyyət çəkirmiş. Polisə edilən zəngdən sonra aktrisanın evinə yollanan əməkdaşlar onu xəstəxanaya aparmağa razı salmaq üçün danışıqlara başlayıb.

Ancaq Vanesa əlinə oyuncaq tapança alıb. Silahın həqiqi olduğunu zənn edən polis aktrisaya atəş açıb. Markes xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.