Polis müxalifətçiləri döydü

polis-muxalifetcileri-doydu
Oxunma sayı: 647

Onun sözlərinə görə, İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs edilmiş və hazırda Səbayel rayon məhkəməsində mühakimə olunan müxalifət fəallarının məhkəməsi bitəndən sonra, məhbuslara dəstək vermək üçün məhkəmə binasının önünə toplaşan 100 nəfərə yaxın müxalifətçi "Məhbuslara azadlıq", "İstefa" şüarları səsləndiriblər. Bu zaman yaxınlıqda toplaşmış polislər onların üstünə hücum edərək toplaşanları dağıtmağa, susdurmağa cəhd göstəriblər və qarşıdurma yaranıb. Qarşıdurma zamanı bir neçə müxalifət fəalı döyülüb, yüngül xəsarətlər alıblar.

Xatırladaq ki, ötən həftə Səbayel məhkəməsinin önündə bənzər hadisə baş vermişdi.