Polis narkotika alverçilərini tutub

polis-narkotika-alvercilerini-tutub
Oxunma sayı: 1094


Xəzər RPİ Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə axtarışda olan Asif Hüseynov tutulub.

Martın 25-də Mərdəkan qəsəbə sakini Sucayət Məmmədovanın Əzizbəyov küçəsindəki evindən, hesabında 3000 manat olan bankomat kartını oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakini Cavid Məmmədov Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Martın 27-nə keçən gecə Azadlıq prospekti 33-də yerləşən, Tural Şirinova məxsus mağazadan, qapının kilidini sındırma yolu ilə noutbuk oğurlamaqda şübhəli bilinən, Qax rayon sakini Orxan Qazıyev Nəsimi RPİ PPXB, 22-ci PB və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Üzərinə baxış keçirilərkən ondan 2,025 qram tiryək və bıçaq aşkar olunaraq götürülüb.  

Sabunçu RPİ 13-cü PB-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə axtarışda olan Arif  Sultanov tutulub.

Xətai RPİ Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Rufiz Rüstəmovdan 2 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.